Blu-ray Disc

Blu-ray Disc və ya qısaca BD (ing. blue-ray göy şüa və disc — disk; blue yerinə blu yazılır) — yüksək sıxlığa və dəqiqliyə malik yazı, video və digər rəqəmsal məlumatların saxlanılması üçün istifadə edilən optik daşıyıcı formatı. Blu-ray standartı BDA konsorsiumu ilə birgə hazırlanmışdı. Yeni daşıyıcının ilk prototipi 2000-ci ilin oktyabrında təqdim edilmişdi. Müasir variantı isə 2006-cı ilin yanvarında keçirilən Consumer Electronics Show (CES) - istehlak elektronikasının beynəlxalq sərgisində təqdim edilmişdir. Blu-ray formatı bazara 2006-cı ilin yazında çıxarılmışdır.

Blu-ray (mənası "göy şüa") - adı, yazılış və oxuma üçün istifadə edilən qısadalğalı (405 nm) göy (texniki olaraq göy-bənövşəyi) lazerə uyğun adlandırılmışdır. "e" hərfi qəsdən "blue" sözündən çıxarılmışdır, çünki "blue ray" ifadəsi tez-tez istifadə ediləndir və əmtəə nişanı olaraq qeydə alınması ehtimalı böyükdür.

Daha böyük məsafələrdə daha qısa fokus uzunluğu vacibdir. Harda ki DVD drayver obyektivləri təxminən 40 dəfə böyükdür, CD drayver obyektivləri 20 dəfə daha çox böyükdür. Blu-ray drayver obyektivləri təxminən 60 dəfə daha böyükdür.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search